VİDEO

Vintaj avtopark: əfsanəvi sovet yük maşınından “Ford” markalı kabrioletə kimi

Samara sakini ömrünün 30 ilini qədim avtomobillərin restavrasiyasına həsr edib. Onun yaratdığı vintaj avtoparkın necə göründüyünü videomuzdan izləyin.
Sputnik
Yuri Kotikovun kolleksiyasındakı nümunələr qeyri-adi və yeganə nüsxələrdir. Yuri evinin həyətində və emalatxanasında əməlli-başlı muzey yaradıb. Burada Böyük Vətən müharibəsinin əfsanəvi “Polutorka” yük maşınından tutmuş̧ “Ford” markasına məxsus kabrioletə qədər hər növ avtomobilə rast gəlmək olar.
Maşın ustasının diqqətini daha çox öz “tarixçəsi” olan, vaxtilə məşhur adamların sürdüyü nadir maşınlar cəlb edir. Yuri ümumilikdə 40-dan çox əntiq avtomobili restavrasiya edib.
Samaralı usta bu il vaxtilə qənimət kimi ələ keçirilmiş̧ nadir alman maşını olan 1934-cü il istehsalı “Horch Junior 830” avtomobilini əldə edib. İndi usta bu maşına ikinci həyat vermək üçün orijinal ehtiyat hissələri axtarışındadır.