BAKI, 21 avgust — Sputnik. Birləşmiş Ştatlar avqustun 14-dən etibarən Kabil beynəlxalq hava limanı vasitəsilə 17 minə yaxın insanı təxliyə ediblər. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbə verir ki, bunu brifinq zamanı Pentaqon rəsmisi general Henk Teylor deyib.
“Avqustun 14-dən etibarən təxliyyə əməliyyatı zamanı biz Kabildən 17 min nəfəri çıxarmışıq”, - deyə Teylor bildirib.
Qeyd edək ki, əcnəbi əməkdaşların və xarici missiyalarda çalışan əfqanların təxliyyəsi kabilin yeganə hava limanı vasitəsilə həyata keçirilir.
* Rusiyada fəaliyyəti qadağan olunmuş terrorçu təşkilat.
Həmçinin oxuyun: