Muzeyin qurucusu və rəhbəri Qriqori Robakidzedir.
O, on illər boyu fiqurların kolleksiyasını yığıb, daha sonra isə onları özü yaratmağa başlayıb. 2015-ci ildən tarixi xadimlərin, kitabların, filmlərin və serialların qəhrəmanları muzeyin maketləri üzərində "yaşayır". Onların ən məşhur olanı 40 millimetr ölçüsündə hazırlanıb. "Onun əcdadı kimi 25 mm-lik ölçüdə olan Nürnberq miniatürünu saymaq olar. Bizim ölçülərimizin hekayəsi hər şey inkişaf etdikdə və kiçik ölçülü əsgər fiqurları möcüzəvi şəkildə “kinder sürpriz”ə daxil olduqdan sonra başlayıb”, - deyə Robakidze bildirib.
Oyuncaq əsgər fiqurları müxtəlif maketlər halında cəlb olunurlar. “Burada hər şey dövrlərə bölünür, antik dövrdən başlayaraq XX əsrə qədər olan "fantasy" fiqurlar təqdim olunur. Buna görə də lokal dioram, maketlər etməmək və hər şeyi bir araya gətirmək üçün biz onları bu şəkildə yerləşdirmək qərarına gədik”, - deyə bir kişi bildirib. Fiqurlar turistlər üçün tələb olunur. Belə ki, ustaların əl işləri dünyanın müxtəlif yerlərində yerləşdirilib. Qalereyanı hər kəs ziyarət edə bilər. Şanslı olan şəxs Robakidzenin ekskursiyasında da iştirak edə bilər.