BAKI, 21 avgust — Sputnik. Fransanın Monpelye şəhərində sanitar buraxılış vərəqələrinə qarşı keçirilən aksiya zamanı iğtişaşlar baş verib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, ultrasağ və ultrasolçu fəallar arasında nümayiş zamanı toqquşma baş verib.
Ero departamenti prefekturasının məlumatına görə, aksiyada ümumilikdə 9,5 min nəfərə yaxın inan iştirak edib.
Qeyd edək ki, şənbə günü sanitar buraxılış vərəqələrinin tətbiqinə qarşı aksiyalar Fransanın bir çox şəəhərlərində, o cümlədən Parisdə keçirilir. Belə ki, Fransa paytaxtında dörd nümayiş keçirilib.
Xatırladaq ki, avqustun 9-dan etibarən Fransada kafe, restoran və iri ticrət mərkəzlərinə getmək, habelə təyyarə ilə uçmaq və uzaq məsafələrə ərəkət edən qatarlara minmək üçün sanitar buraxılış vərərəsinin olması vacibdir.
Adıçəkilən sənəd CОVID-19-a qarşı tam vaksinayisa mərhələlərini keçməyi, koronavirus infeksiyası testinin mənfi cavabının olmasını və ya xəstəliyin keçirilməsi barədə məlumatların olmasını nəzərdə tutur.
Həmçinin oxuyun: