BAKI, 21 avgust — Sputnik. Kunaşir adasından Yaponiyanın Hokkaydo adasına üzüb gəldiyini iddia edən Rusiya vətəndaşı Sapporo immiqrasiya bürosuna təhvil verilib. Sputnik Azərbaycan Rusiya KİV-lərinə istinadən xəbər verir ki, rusiyalı Yaponiyadan sığınacaq istəyib və tezliklə onun barəsində hansı qərarın qəbul olunacaı mlum olacaq.
“O bildirir ki, Kunaşir adasından üzərək gəlib və sığınacaq istəyir”, - deyə Kiodo-nun məlumatında deyilir.
Qeyd edək ki, Kunaşir və Hokkaydo adaları arasında məsafə təqribən iyirmi kilometrdir.
Yujno-Kurilsk şəhər administrasiyasından bildirilib ki, Udmurtiyadan Kuril adalarına gəlmiş rusiyalı burada üç il yaşayıb.
“Qolovnino qəsəbəsində yaşayan cavan oğlan Yaponiyanın Hokkaydo adasındakı Sibetsu şəhərinə gedib”, - deyə RİA Novosti administrasiyadakı mənbəyə istinadən bildirib.
Mənbənin sözlərinə görə, həmin şəxs hələ avqustun 17-də dənizə çıxıb və iki gün sonra Yaponiya sərhədçiləri tərəfindən saxlanılıb.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin Saxalin vilayəti sərhəd idarəsində yalnız hadisə ilə bağlı araşdırma aparıldığı bildirilib.
Həmçinin oxuyun: