BAKI, 20 avqust — Sputnik. Bu ilin yanvar-iyul aylarında Bakı Metropolitenindən istifadə etmiş sərnişinlərin sayı 20,1 mln. nəfər olub, bu da illik müqayisədə 69% azdır.
Sputnik Azərbaycan xəbər verir ki, ötən ilin müvafiq dövründə metro nəqliyyatından 64,7 mln. sərnişin istifadə edib.
Xatırladaq ki, metro nəqliyyatında sərnişin daşımalarının kəskin azalması ölkədə yeni növ koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində tətbiq edilən məhdudiyyətlərlə əlaqədardır.
Qeyd edək ki, 2020-ci ildə metro bir neçə dəfə bağlanıb-açılıb. Belə ki, aprelin 1-dən mayın 9-dək, iyulun 4-dən sentyabrın 14-dək sərnişinlər metro xidmətlərindən istifadə edə bilməyiblər. Sonuncu dəfəki qapanma isə aylarla uzandı - oktyabrın 19-da bağlanan metro 2021-ci il mayın 31-də qapılarını sərnişinlərin üzünə açıb.
Eləcə də oxuyun:
Paytaxt metrosunda koronavirusla bağlı insanlar yoxlanılır