“Bir neçə dövlətlərin müdafiə sənayesi rəhbərləri ilə görüşürəm, bu sahədə yol xərtəsi hazırlanır, planlar qurulur”. Sputnik Azərbaycan xəbər verir ki, bunu “IDEF - 2021" beynəlxalq silah sərgisində iştirak etmək üçün İstanbula səfər edən Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev jurnalistlərə açıqlamasında deyib.
Nazir qeyd edib ki, prezidentin tapşırıqları artıq 2040-2050-ci illəri əhatə edir: “Bu gün Azərbaycanın müdafiə sənayesindəki məqsədlər artıq yalnız avtomat, pulemyot istehsalından yox, 20-30 il sonra ən müasir texnologiyalarla hazırlanacaq silahlardan ibarətdir. Bu gün nazirliyimiz trəfindən 150-dən artıq yeni silah yaradılıb”.
“IDEF - 2021" sərgisində Azərbaycan stendinin Şuşa qalası formasında qurulmasını və orada dəmir yumruğun təsvir edilməsini xüsusi qeyd edib: “Bu stend elə-belə qurulmayıb. Bu göstərir ki, Azərbaycan xalqının kimsənin var-dövlətində, torpağında gözü yoxdur. Amma ərazi bütövlüyümüzə qarşı təcavüz olarsa, dəmir yumruq ona adekvat cavab verəcək”.
Mədət Quliyevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz