SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Millət vəkili: “Ermənistan sülh sazişi imzalamaqdan qaçmağa çalışır”

Millət vəkili Elşad Mirbəşiroğlu bildirib ki, Ermənistan tərəfi regionda gərginliyi artıracaq addımlar atmaqla hər hansı bir iş birliyinə getmək fikrindən uzaq olduğunu nümayiş etdirdi
Sputnik
Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərindən ibarət üçtərəfli işçi qrupu yenidən işə başlayıb.
Sputnik Azərbaycan üçtərəfli işçi qrupunun yenidən fəaliyyətə başlaması ilə bağlı Millət vəkili Elşad Mirbəşiroğlunun fikirlərini öyrənib.
Millət vəkil bildirib ki, işçi qrupunun fəaliyyəti regionda həyata keçiriləcək iqtisadi layihələr haqqında təsəvvürlərin formalaşdırılmasından və onların reallaşdırılması imkanlarının müzakirəsindən ibarət olmalı idi: “Azərbaycan tərəfi işçi qrupunun fəaliyyətinə paralel olaraq Azərbaycan-Ermənistan sərhədində delimitasiya və demarkasiya işləri aparmağa başladı. Ancaq Ermənistan tərəfi regionda gərginliyi artıracaq addımlar atmaqla hər hansı bir iş birliyinə getmək fikrindən uzaq olduğunu nümayiş etdirdi. Azərbaycan və Rusiya tərəfi bu istiqamətdə işlərin aparılmasının vacibliyini vurğulayırdı. Ermənistan tərəfinin yanaşmasının isə heç bir əsası yoxdur. Ermənistan tərəfi ağır məğlubiyyət yaşayıb və sərhədlərin müəyyənləşdirilməsindən sonra sülh sazişinin imzalanması məsələsi gündəmə gələcəkdi. Bu baxımdan Ermənistan sülh sazişi imzalamaqdan qaçmağa çalışır. İndiki şəraitdə işçi qrupunun fəaliyyətə başlaması Azərbaycanın mövqelərinin möhkəmliyinə dəlalət edir”.
Xatırladaq ki, bu ilin yanvarın 11-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşünün yekunları ilə bağlı Baş nazirlərin müavinlərindən ibarət üçtərəfli işçi qrupun yaradılması qərara alınıb.
Elşad Mirbəşiroğlunun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz