BAKI, 19 avqust — Sputnik. Rusiya xarici işlər naziri Sergey Lavrov Budapeştə səfəri çərçivəsində Macarıstandan olan həmkarı ilə Dağlıq Qarabağ nizamlanmasına müzakirə edəcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova bu gün keçirilən brifinqdə bildirib.
O, bildirib ki, Lavrov macar həmkarı ilə koronavirus pandemiyası ilə mübarizə, Rusiyanın Avropa İttifaqı və NATO ilə münasibətlərini, həmçinin Ukrayna və Dağlıq Qarabağda da vəziyyət daxil olmaqla beynəlxalq gündəlikdə olan məsələləri müzakirə edəcək.
Rusiya xarici işlər naziri avqustun 24-ü Macarıstana səfər edəcək.