BAKI, 18 avqust — Sputnik. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi Aygün İsmizadənin sayıqlığı nəticəsində gənc ölümdən xilas edilib.
Sputnik Azərbaycan xəbər verir ki, hadisə Xaçmaz rayonunda baş verib. İstirahət mərkəzində bir nəfər dənizdə olduğu zaman ürək tutması ilə huşsuz vəziyyətə düşüb və yaxında olan vətəndaşların yardımı nəticəsində sahilə çıxarılıb. Orada istirahətdə olan həkim Aygün İsmiyeva dərhal həmin şəxsə ilkin yardım olaraq bilvasitə ürək masajı etməyə başlayıb. 107 kq çəkidə olan vətəndaşı 25 dəqiqə davam edən bilvasitə ürək masajından sonra həyata qaytarmaq mümkün olub.
Səhiyyə Nazirliyi göstərdiyi ilkin tibb yardım nəticəsində vətəndaşı yenidən həyata qaytaran qəhrəman həkimə təşəkkürünü bildiririb.
Qeyd edək ki, son bir həftə ərzində biri azyaşlı olmaqla 19 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 14 nəfər xilas edilib.
Eləcə də oxuyun:
İstirahəti burnundan gələnlər: FHN ötən sutkanın rəqəmlərini açıqladı
Xaçmaza istirahətə gedən kişi həyatını itirdi
Biləsuvarda qan donduran olay - qadın bir yaşlı körpəsini kanala niyə atdı?