Kabil "Taliban" radikal hərəkatının (Rusiyada terror təşkilatı kimi qadağan olunub) silahlılarına ABŞ prezidenti Co Bayden və bu ölkənin ali hərbi rəhbərliyinin gözlədiyindən daha tez təslim oldu. Bunu artıq Amerika tarixinin ən böyük məğlubiyyətindən biri kimi qiymətləndirirlər.
Əfqanıstan növbəti dəfə "imperiyalar qəbiristanlığı" adını təsdiqlədi: orada qurulan dövlətlər uzun-uzadı münaqişələrə qərq olur. Prezidentin ölkədən qaçması ona gətirib çıxardı ki, Əfqanıstanda hakimiyyət yenidən 20 il əvvəl ABŞ qoşunlarının qovub çıxardığı Talibanın əlinə keçdi.
Taliban silahlıları xaos və vahimə içində olan şəhərə daxil oldular. Qaranlıq düşən kimi silahlılar şəhərdə, o cümlədən aeroporta gedən yolda blokpostlar qurmağa başladılar. Gecə Kabilin küçələri tamam boşaldı, şəhərin minlərlə dinc sakini aeroporta üz tutdu. Aeroport binasında toplaşan insan kütləsi ölkəni tərk etmək ümidi ilə təyyarələrə minməyə cəhd göstərdi.
Beləliklə, Kabil aeroportunda yaranmış bu xaos Talibanın Kabilə sürətli hücumunun final səhnəsi rolunu oynadı.