““Taliban” hakimiyyəti dövründə regionallaşma və deqloballaşma trendləri güclənəcək”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyib.
Professor bildirib ki, belə olan halda region ölkələri arasında əməkdaşlıq prioritetə çevriləcək: ““Taliban” rəsmilərinin verdiyi ilkin açıqlamalardan görünür ki, region ölkələrinə qarşı aqressiv yanaşma yoxdur. Əslində regionda yerləşən ölkələrin mürəkkəb iqtisadi şəraitdə əməkdaşlıqdan başqa hansısa alternativi qalmır. Ona görə də bölgədə ABŞ-ın təsirinin azalacağını və bir sıra regional layihələrin reallaşmasını daha perspektivli hesab edirəm”.
Elşad Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz