Prezident: "Dağıdılmış məscidlər, qazılmış qəbirlər - bunu yadplanetli yox, erməni edib"

Erməni mifologiyasının biri də o idi ki, guya ermənilər qədim tarixə, mədəniyyətə malikdirlər və burada "vəhşi müsəlmanlar" arasında qalıblar.
Sputnik
BAKI, 17 avqust — Sputnik. Erməni mifologiyasının biri də o idi ki, guya ermənilər qədim tarixə, mədəniyyətə malikdirlər və burada "vəhşi müsəlmanlar" arasında qalıblar. Guya ki, o, Qafqazda mədəniyyətin ocağıdır, beşiyidir, yaxud da son məntəqəsidir. Onların mədəniyyəti, bax, budur. Bax, bu binalardır, qazılmış qəbirlərdir, dağıdılmış məscidlərdir.
Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev avqustun 16-da Kəlbəcər şəhərində dövlət bayrağının ucaldılması mərasimində çıxış edərkən söyləyib.
"Bunu hansısa başqa planetdən gələn yadplanetli yox, erməni edib. Özü də Birinci Qarabağ müharibəsi dövründə yox, müharibədən sonra, məqsədyönlü şəkildə, barbar kimi, vəhşi kimi, vandal kimi, bir-bir evlərin kərpiclərini, daşlarını söküb aparıb özləri üçün daxmalar tikiblər", - deyə dövlətimizin başçısı əlavə edib.
Həmçinin oxuyun:
İlham Əliyev: İkinci Qarabağ müharibəsi bizim şanlı Zəfərimiz kimi tarixdə əbədi qalacaq