Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev CNN Türk kanalına müsahibəsində Cənubi Qafqazda 3+3 formatına da münasibət bildirib. Prezident İlham Əliyev qeyd edib ki, burada konkret layihələr də müzakirə oluna bilər. Burada, ilk növbədə, Zəngəzur dəhlizinin və digər yolların açılması, - çünki təkcə Zəngəzur dəhlizindən söhbət getmir, - bizim Ermənistanla digər nəqliyyat layihələrimiz ola bilər. Ondan sonra ticarət əlaqələrinin bərpası, Cənubi Qafqazda uzunmüddətli sülhün təmin edilməsi.
Politoloq İlyas Hüseynov Sputnik Azərbaycan-a deyir ki, regional inkişaf labüd və qaçılmazdır: “Qafqazın gələcək inkişafının təmin edilməsi iqtisadi prioritetlərin müəyyənləşdirilməsi və əməkdaşlıq münasibətlərinin qurulmasından keçir. Ona görə də, təklif olunan 3+3 formatı sülhün dayanıqlılığının artırılmasına xidmət edəcək. Bu əməkdaşlıq formatında Zəngəzur dəhlizinin əhəmiyyəti yüksəlir. Bu baxımdan Azərbaycan-Ermənistan arasındakı Zəngəzur dəhlizinin prioritetləri çox vacibdir. Ermənistan bu yolla düşdüyü çətin iqtisadi durumdan çıxış imkanı əldə etmiş olacaq. Bu baxımdan Ermənistan tərəfi sülhü və sabitliyi təhdid edən addımlar atmamalıdır”.
İlyas Hüseynovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz