RUSİYA

Moskvada Azərbaycan, Ermənistan və Rusiya üçtərəfli işçi qrupunun iclası keçirilib

İclasda tərəflər Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpası perspektivlərini nəzərdən keçiriblər.
Sputnik
BAKI, 17 avqust — Sputnik. Avqustun 17-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin sədrliyi ilə üçtərəfli işçi qrupun iclası keçirilib. Sputnik Azərbaycan Rusiya Hökumətinin saytına istinadən xəbər verir ki, Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev, Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan və Rusiya hökuməti sədrinin müavini Aleksey Overçuk üçtərəfli işçi qrupun işini bərpa ediblər.
İclasda tərəflər Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpası perspektivlərini nəzərdən keçiriblər.
Bundan əlavə müşavirədə tərəflər Azərbaycan prezidenti, Ermənistan baş naziri və Rusiya prezidentiinin 2021-ci ilin yanvarın 11-də imzaladığı Bəyanat çərçivəsində işlərin bundan sonrakı gedişini də müzakirə ediblər.
Həmçinin oxuyun:
İlham Əliyev: "Qaragöl də bizimdir, başqa yerlər də bizimdir"