BAKI, 17 avqust — Sputnik. Türkiyədə keçirilən “IDEF-2021” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində müdafiə sənayesi naziri Mədət Quliyevin Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Demir ilə görüşü baş tutub.
Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, görüş zamanı hər iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın perspektivlərinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.
Görüş konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçib.
Həmçinin oxuyun: