BAKI, 17 avqust — Sputnik. Rusiya Federasiyası xarici işlər naziri Sergey Lavrov Beynəlxalq Avtomobil Yükdaşımaları Assosiasiyasına infrastrukturun bərpa olunduğu Qarabağda fəaliyyət imkanlarını nəzərdən keçirməyi təklif edib. Bu barədə Sputnik Azərbaycan xəbər yayıb.
"İndi orada infrastrukturun, avtomobil yollarının bərpası ilə bağlı aktiv iş gedir. Ona görə də xahiş olunur ki, bu perspektivli ərazi diqqətdə saxlanılsın. Məncə, həmin ərazi aşıq-aşkar iqtisadi gəlirə sahib olacaq. Bizim yaxın qonşuluğumuzdakı regionun bu hissəsində iqtisadi inkişaf Rusiyanın aktiv iştirakı ilə getməlidir", – deyə Lavrov Beynəlxalq Avtomobil Yükdaşımaları Assosiasiyasının üzvləri ilə görüşdə bildirib.
Həmçinin oxuyun: