HADİSƏ

Fransada meşə yanğını səbəbindən minlərlə insan təxliyə edilib

Yanğın bazar ertəsi baş verib. Bir neçə saat ərzində bir neçə yüz hektar ərazini əhatə edib. Bütün tədbirlərə baxmayaraq quraqlıq və külək yanğının yayılmasına səbəb olub.
Sputnik
BAKI, 17 avqust — Sputnik. Fransa mətbuatının yerli yanğınsöndürmə xidmətinin nümayəndəsinə istinadən verdiyi xəbərə görə, Fransanın cənub-şərqindəki Var departamentində baş verən böyük bir meşə yanğını səbəbindən minlərlə insan təxliyə edilib, 750-yə yaxın yanğınsöndürən isə yanğınla mübarizə aparır. Bu barədə Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir.
Fransa Daxili İşlər naziri Jerald Dermanen bildirib ki, çərşənbə axşamı Fransanın yanğının baş verdiyi Qonfaron kommunasına yola düşəcək.
"Minlərlə insan profilaktik məqsədlər üçün təxliyə edilib, ancaq itki yoxdur. Təxminən 750 nəfər hələ də çox təhlükəli olan yanğınla mübarizə aparır", - deyə yanğınsöndürmə xidmətinin nümayəndəsi bildirib.
O əlavə edib ki, yanğın Qonfaron və Kavaler-sür-Mer kommunaları arasındakı dörd min hektardan çox ərazini əhatə edib. Var prefekturası bu məlumatları təsdiqləyib və qeyd edib ki, "12 kempinq" təxliyə edilib. Həmçinin, hakimiyyətin məlumatına görə, yerdəki yanğınsöndürənlərdən başqa, həmçinin dörd yanğınsöndürən "Canadair" təyyarələri və "Super Puma" helikopteri də yanğınla mübarizə aparır.
Yerli "Var Matin" nəşri qeyd edir ki, yanğın Qrimo kommunasında otel və kempinqi məhv edib, bir neçə nəfər isə yanğından qaçmağa çalışarkən xəsarət alıb.
Fransa mətbuatının məlumatına görə, Qonfaron kommunasında yanğın bazar ertəsi baş verib. Bir neçə saat ərzində bir neçə yüz hektar ərazini əhatə edib. Var departamentinin prefekturasının qeyd etdiyinə görə, "bütün tədbirlərə baxmayaraq" quraqlıq və külək yanğının yayılmasına səbəb olub.
Həmçinin oxuyun:
Türkiyəyə köməyə gedən xilasedicilərimizin ikinci qrupu Azərbaycana qayıdıb