Dünya avtomobil bazarı iyulda 6,3 % azalaraq 6,463 milyon ədədə düşüb. Bu ilin 7 ayı ərzində dünya üzrə 48,527 milyon avtomobil satılıb.
Bəs dünyada avtobil satışının azalmasına hansı səbəblər təsir edib?
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Sputnik Azərbaycan-a deyir ki, əsas səbəb pandemiyadır: “Pandemiya dövründə dünyanın bir çox avtomobil istehsalçıları müxtəlif ölkələrdəki istehsal müəssisələrini bağlamalı oldular. Hətta ABŞ-da bəzi istehsalçılar ümumiyyətlə fəaliyyətlərini dayandırdılar. Bu şəraitdə avtomobil istehsalnın azalması onun satışına da təsir göstərdi. Lakin bu ildən etibarən biz görürük ki, avtomobil sənayesində şaxələnmə gedir. Yəni, yaxın gələcəkdə avtomobil sənayeçiləri əldən buraxılmış imkanları yenidən əldə edə biləcəklər. Artıq ekoloji təmiz avtomobillərin istehsalına keçid başlayıb. Bu keçid özü sənayenin şaxələnməsi deməkdir”.
Eldəniz Cəfərovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz