CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Alimlər: Sinovac-ın peyvəndi üz iflici riskini artırır

Bell iflici zamanı qəflətən üzün bir tərəfində əzələlərin zəifləməsi və iflici meydana çıxır ki, bu da üzün zədələnmiş tərəfində əzələlərə nəzarətin itməsinə gətirir.
Sputnik
BAKI, 17 avqust — Sputnik. Çinin Sinovac şirkətinin istehsal etdiyi CoronaVac koronavirus peyvəndi müvəqqəti üz iflici riskini artırır. Sputnik Azərbaycan Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Honkonq alimlərinin Lancet məcmuəsində dərc olunmuş məqaləsində deyilir.
Honkonq universitetinin bir qrup alimi CoronaVac-la peyvənd olunmuş 100 min nəfər arasında ilk 42 gün ərzində üz sinirinin müvəqqəti iflici (Bell iflici) 4,8 dəfə daha çox rast gəlindiyini bildirir.
""Biz CoronaVac peyvəndindən sonra Bell iflicinin yaranması riskinin artdığını müşahidə etdik", - deyə tədqiqatın nəticələrində bildirilir.
Alimlər onu da qeyd edib ki, buna baxmayaraq, CoronaVac-ın müdafiə effekti Bell iflicinin yaranması ehtimalından xeyli çoxdur. Hətta bu cür iflic meydana çıxsa belə 90% hallarda növbəti doqquz ay ərzində onu müalicə etmək mümkündür.
Qeyd edək ki, Bell iflici zamanı qəflətən üzün bir tərəfində əzələlərin zəifləməsi və iflici meydana çıxır ki, bu da üzün zədələnmiş tərəfində əzələlərə nəzarətin itməsinə gətirir.
Həmçinin oxuyun:
COVID-19 infeksiyasına 3 322 yeni yoluxma faktı qeydə alınıb, 18 nəfər vəfat edib