SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Aeroflot" və "AirBridgeCargo" Əfqanıstan üzərindən uçmayacaq

Bu qərar Əfqanıstanın tələbi ilə Pakistan tərəfindən verilən Hava Naviqasiyası Bildirişi İlə əlaqədar qəbul edilib.
Sputnik
BAKI, 16 avqust — Sputnik. Rusiyanın "Aeroflot""AirBridgeCargo" aviasiya şirkətləri Əfqanıstan üzərindən uçmamaq barədə qərar qəbul edib. Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadla məlumat verib.
""Aeroflot" və "AirBridgeCargo" Əfqanıstan hava məkanından keçməklə aviareyslər həyata keçirir. Ancaq bu gün səhər saatlarından etibarən həmin şirkətlər sözügedən ölkə üzərindən uçmamaq barədə qərar qəbul ediblər. Bu, Əfqanıstanın tələbi ilə Pakistan tərəfindən verilən NOTAM (Hava Naviqasiyası Bildirişi - red.) ilə əlaqədardır", - deyə mənbədən bildirilib.
Qeyd edək ki, son həftə ərzində Taliban hərəkatının ölkənin iri şəhərlərinə hücumu nəticəsində Əfqanıstanda vəziyyət daha da kəskinləşib. Bazar günü KİV və digər mənbələr Talibanın ölkənin bütün sərhəd-keçid məntəqələrinə nəzarət etdiyini xəbər vermişdi. Hərbçilər daha sonra bəyan etmişdilər ki, artıq Kabilə daxil olublar, eləcə də prezident sarayını nəzarət altına alıblar. Əfqanıstan Milli Barışıq üzrə Ali Şurasının rəhbəri Abdulla Abdulla bildirib ki, Əşrəf Qəni prezidentlikdən istefa verərək ölkəni tərk edib.
Həmçinin oxuyun:
Şok və dəhşət: dünya Əfqanıstanda öz taleyini izlədi