İQTİSADİYYAT

Tikinti materialları niyə bahalaşır? – ekspert səbəbləri açıqlayır

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, tikintilərin sayının çox olması qiymətlərin azalmasına təsir edir, nəinki artımına
Sputnik
Azərbaycanda 2021-ci ilin birinci yarısının yekunlarına görə tikinti sektoruna ayrılan investisiyaların həcmi 8,4 faiz azalıb. Eyni zamanda tikinti materialları bazarında qiymətlər 20 faiz və daha artıq bahalaşıb.
Bəs bu bahalaşmanın əsas səbəbi nədir?
Sputnik Azərbaycan mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin fikirlərini öyrənib.
Ekspert bildirib ki, qiymət artımı tək Azərbaycanda deyil, dünyanın hər yerində baş verib: “Bun un bir neçə səbəbi var. İlk olaraq qeyd edim ki, pandemiya dövründə müəssisələrin tam gücü ilə işləməməsi istehsalın aşağı düşməsinə səbəb oldu. İstehsalın həcminin azalması qiymətə təsir edən faktorlardan biridir. Bəzən qeyd edirlər ki, tikintilərin sayının artmasına görə qiymətlər bahalaşır. Əslində bu belə deyil. Pandemiyadan öncə bizdə tikinti bumu var idi. Əslində tikintilərin sayının çox olması qiymətlərin azalmasına təsir edir, nəinki artımına. Bu gün qiymətlərin artımı mənzillərin qiymətlərinin bahalaşmasına səbəb olub. Tikinti materillarındakı qiymət artımından ən çox təsir görənlər həm də tikinti şirkətləri olacaq”.
Elnur Fərzəliyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz