Təbriz Cüməzadə Qarabağ müharibəsinin iştirakçılarından biridir, 44 günlük Vətən Müharibəsinin 41-ci günündə dünyasını dəyişib.
Təbriz 2000-ci ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olub, daha sonra ailəsi Mingəçevir şəhərinə köçüb. Məktəbi bitirdikdən sonra Təbriz orduda xidmətə yollanıb. Müharibə başlayanda Füzuli, Cəbrayıl, Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edən gənc müharibənin 41-ci günü Şuşa uğrunda gedən döyüşlərdə həlak olub.
Təbriz ailəsi ilə danışanda həmişə tezliklə qələbə ilə dönəcəyini təkrarlayırdı.