BAKI, 16 avqust — Sputnik. Tanınmış aparıcı Səxavət Nur həmcinsi ilə evlənməsi xəbərinə aydınlıq gətirib. Sputnik Azərbaycan xəbər verir ki, bu haqda o, özünün "Instagram" hesabında məlumat verib: "Kiməsə nəyinsə hesabatını vermək fikrim yoxdur, həyatımı istədiyim kimi yaşaya bilərəm. 2014-cü ildən Amerikada yaşayıram. Bura atamın var-dövləti, oğurladığım pulla gəlməmişəm. Burada pizza çatdıran, aşpaz, taksi sürücüsü, yaşlı insanlara və heyvanlara baxan biri kimi çalışmışam. Oxumuşam və ötən ildən böyük şirkətdə çalışıram. Həyatım qaydasındadır, heç kimin maddi yardımına, sponsorluğuna ehtiyacım yoxdur".
Uzun illərdir Amerikada yaşayan aparıcı Səxavət Nur boşanıb və hazırda tək yaşayır: "Həyatımda bircə dəfə məktəbdə bir oxuduğum sinif yoldaşım, sevdiyim insanla ailə qurmuşam. Övladım da var. Amerikaya gedənə qədər bir yerdə yaşamışıq. Amma müəyyən şeylər var, tutuşmayan hallar olub və yollarımızı ayırmışıq. Dost olaraq münasibətimiz davam edir, arada övladım var. Hamı mənim kim olduğumu bilir, utanacaq nəsə etməmişəm. Evlənməyi düşünmürəm. Evlilik sevgi üzərində qurulmalıdır. Kimsə nəyisə göstərmək üçün evlənir. Hazırda evli deyiləm, subayam".
Qeyd edək ki, bir neçə gün əvvəl Səxavət Nurun həmcinsi ilə evlənmə xəbəri yayılmışdı.
Məlumat üçün bildirək ki, Səxavət Nur Lider televiziyasında yayımlanan "Teletime", Azərbaycan televiziyasında "Muğam" televiziya müsabiqəsinin aparıcısı olub. O, eyni zamanda bir çox dövlət tədbirlərinin aparıcısı olub.
Eləcə də oxuyun:
Azərbaycanlı aparıcı hər kəsi şok etdi - öz həmcinsi ilə izdivac qurdu