FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Odla su arasında, etinasız idman, möhtəşəm vəhşi təbiət - Ötən həftə kadrlarda

Ötən həftənin ən əhəmiyyətli hadisələri dünya agentliklərinin fotomüxbirləri tərəfindən lentə alınıb. Parlaq kadrları Sputnik Azərbaycan-ın fotolentində izləyin.
Sputnik
Yola saldığımız həftə təbiətin şıltaqlıqları baxımından təlatümlü keçdi. Türkiyədə, Yunanıstanda, Əlcəzairdə, ABŞ-da meşə yanğınları ilə yanaşı, bəzi dövlətlərdə - Hindistanda, Çində, hətta elə Türkiyənin özündə, güclü yağışlar daşqınlara, insan ölümlərinə səbəb oldu.
Ötən həftəni idman azarkeşləri də unutmayacaqlar: İspaniyanın "Barselona" klubunun ulduzu Lionel Messi qəflətən komandadan ayrıldı. Göz yaşları ilə.
İdman demişkən, onu heç bir müharibə təxirə sala bilməz. Məsələn, Suriyadakı qaçqın düşərgəsində uşaqlar özləri "Olimpiya oyunları" keçirirlər.
Koronavirus pandemiyası səbəbindən maskalanan dünyada başqa əyləncələr, insan ayağı dəyən və dəyməyən yerlərdə məxsusi gözəlliklər də var.
Dünya xəbər agentliklərinin fotojurnalistləri tərəfindən çəkilən yaddaqalan hadisələri və emosional anları Sputnik Azərbaycan-ın həftəlik fotokolleksiyasında izləməyə dəvət edirik.
1 / 22
Qadın Hyustonda döyüşdən əvvəl rinqdə, Texas ştatı.
2 / 22
Türkiyənin şimalında daşqınlar.
3 / 22
Lionel Messi mətbuat konfransı zamanı.
4 / 22
Braziliada hərbçilər paradın qarşısını kəsməyə çalışan etirazçıları saxlayırlar.
5 / 22
Aktyorlar Oklenddə "Kynren"in premyerasında çıxış edirlər, Böyük Britaniya.
6 / 22
Sinabunq dağı.
7 / 22
Dayver suyun altında dəniz kirpisinin yanından üzür, Livan.
8 / 22
Qadın Eviya adasında Pefki kəndində yerləşən çimərlikdə meşə yanğınları zamanı yaralanmış itə qulluq edir.
9 / 22
İnsanlar Əlcəzairdə Tizi-Uzu vilayətində yanğınları söndürməyə çalışırlar.
10 / 22
Uşaqlar Suriyada qaçqınlar düşərgəsində "Olimpiya Oyunları" oynayırlar.
11 / 22
Eviya adasında meşə yanğınları nəticəsində yanmış dağ, Yunanıstan.
12 / 22
Çinin Xedyan şəhərində daşqınlara görə insanların təxliyyəsi.
13 / 22
Kaliforniyada yanğınları söndürməyə çalışan yanğınsöndürən, ABŞ.
14 / 22
Uşaqlar Hanoyda lokdaun zamanı boş küçələrə baxırlar, Vyetnam.
15 / 22
İndoneziyalı ev əşyalarından düzəltdiyi Delta Robotu idarə edir.
16 / 22
İnsanlar Hindistanda daşqınlar nəticəsində su basmış Daraqanc Qxatenin damında oturublar.
17 / 22
"Sem dayı"nın kostyumunda olan kişi Nyu-Yorkda koronavirusa qarşı məcburi vaksinasiyaya etiraz edir, ABŞ.
18 / 22
İsland atları Almaniyada Verhaym çöllərində oynayırlar.
19 / 22
Çinin cənub-qərbində, Yunnan vilayətində fil sürüsü körpünü keçir.
20 / 22
"Seattle Mariners" beysbol klubunun oyunçuları.
21 / 22
Tokioda tibbi maskada olan park işçisi "Qu quşu" qayığını hazırlayır, Yaponiya.
22 / 22
ABŞ-ın Virciniya ştatının Manassas şəhərindəki "Freedom Aquatic Center"də keçirilən "MerMagic Con" tədbirində su pəriləri.