CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Türkiyədə sel qurbanlarının sayı artır

"Ziyan görmüş bölgəyə indiyədək kampaniyalar vasitəsilə 47 milyon 600 min türk lirəsi məbləğində yardım toplanıb. Dövlət tərəfindən də sabahdan etibarən ilkin yardımların ödənilməsinə başlanılacaq".
Sputnik
BAKI, 15 avqust — Sputnik. Türkiyədə baş verən sel fəlakəti nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb. Onlardan 15-nin kimliyi hələ ki, müəyyənləşdirilməyib, 62-si Kastamonuda, 15-i Sinopda olmaqla ümumilikdə 77 nəfərin axtarışları davam edir.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.
Yaşanan selin bu günə qədər ölkədə görülən ən ağır mənzərə olduğunu deyən nazir bildirib: “Bir tərəfdən təmizlik işləri aparılır, digər tərəfdən isə kəndlərimizi elektrik enerjisi ilə təmin etmək üçün helikopterlər vasitəsilə bölgələrə generatorlar çatdırılır. Hazırda bütün bölgələrdə ümumilikdə 100-ə yaxın mobil generator fəaliyyət göstərir. Ziyan görmüş bölgəyə indiyədək kampaniyalar vasitəsilə 47 milyon 600 min türk lirəsi məbləğində yardım toplanıb. Dövlət tərəfindən də sabahdan etibarən ilkin yardımların ödənilməsinə başlanılacaq”.
Həmçinin oxuyun:
Türkiyədə fəlakət nəticəsində həlak olanların sayı 41 nəfərə çatıb