İQTİSADİYYAT

Professor manatın 29 illik yolunu şərh edir

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov deyir ki, Azərbaycan keçmiş SSRİ məkanında valtyutasının stabilliyini təmin etməyi bacaran ölkələr sırasındadır
Sputnik
Bu gün Azərbaycan manatının dövriyyəyə buraxılmasından 29 il ötür. Azərbaycanın milli pul vahidi manat 15 avqust 1992-ci il tarixində dövriyyəyə buraxılıb.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan manatı dövriyyəyə buraxıldığı vaxtdan bəri alıcılıq qabiliyyətini qoruyub saxlamışdır: “Bu da onun gələcəkdə daha geniş və əhatəli valyuta olacağına ümid verir. Manat dövriyyəyə buraxıldığı dövrdən bəri az revalivasiya tədbirlərinə məruz qalıb. Manatın məzənnəsinin stabilliyini saxlanılır, inflyasiya uyğun tənzimlənir. Azərbaycan keçmiş SSRİ məkanında valtyutasının stabilliyini təmin etməyi bacaran ölkələr sırasındadır”.
Elnur Sadıqovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz