BAKI, 15 avqust — Sputnik. Əfqanıstan hökuməti paytaxt Kabildə komendant saatının tətbiq olunduğu barədə məlumat yayıb. Sputnik Azərbaycan Rusiya mediasına istinaadən bildirir ki, Kabildə qadağan saatı bu gün saat 21.00-dan etibarən qüvvəyə minəcək.
Daxili işlər müavini vəzifələrini yerinə yetirən Abdulla Səttar Mirzəkvalın sözlərinə görə, tədbirin məqsədi toqquşmaların qarşısını alınması, şəhər əhalisi və onların əmlakının mühafizə olunmasıdır. O həmçinin insanları saat 21.00-dan sonra evlərini tərk etməməyə və sakit olmağa çağırıb.
Vəziyyətlə əlaqədar olaraq Rusiya keçid hökuməti ilə işləməyə hazır olduğunu bəyan edib. Lakin Rusiya XİN ikinci Asiya departamentinin direktoru Zamir Kabulov Taliban-ın qanuni hakimiyyət qismində tanınmasından söhbət getmədiyini bildirib.
Bununla eyni vaxtda KİV-də yayılmış məlumatlara görə, Əfqanıstan prezidenti Əşrəf Qani ölkəni trək edərək təyyarə ilə Tacikistana yollanıb. Əl-Ərəbiyyə kanalının məlumatına görə isə, taliblər artıq prezident sarayına daxil olublar.
Həmçinin oxuyun:
Əfqanıstanda baş verənlər regionu hansı təhlükələrlə üz-üzə qoyur – ekspert şərhi