BAKI, 15 avqust — Sputnik. Əfqanıstan prezidenti Əşrəf Qani bazar günü səlahiyyətlərindən əl çəkmək niyyətindədir. Sputnik Azərbaycan Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan mediası xəbər yayıb.
"Hakimiyyətin ötürülməsi prosesi bu gün prezident sarayında baş tutacaq", - KİV-lər bildirib.
Bir qədər əvvəl Qaninin ABŞ-ın Əfqanıstanda barışıq məsələri üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzadla danışılar apardığı barədə xəbər yayılıb. Danışıqlarda NATO-nun yüksək vəzifəli nümayəndələri də iştirak edir.
Bundan əvvəl isə Taliban hərəkatı Kabilə döyüşsüz daxil olmaq barədə danışıqlar apardığını bəyan edib. Taliblər həmçinin hakimiyyətin ötürülməsi prosesinə qədər təhlükəsizliyə görə Əfqanıstan hökumətinin məsuliyyət daşıyacağını da bildiriblər.
Həmçinin oxuyun: