BAKI, 14 avqust - Sputnik. Xaçmaz rayonunun İstisu qəsəbəsi ərazisində dənizdə bir nəfər kişi çimərkən batıb.
Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, suda boğulan şəxsin kimliyi məlum olub. Bakı sakini 1959-cu il təvəllüdlü Əhməd Zeynal oğlu Rufullayev Xaçmaza istirahətə gəlib və burada dənizdə çimərkən boğulub. Mərhumun meyiti dənizdən çıxarılıb.
Hadisə ilə bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırma aparılır.
Hadisə ilə bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırma aparılır.
Eləcə də oxuyun:
Biləsuvarda qan donduran olay - qadın bir yaşlı körpəsini kanala niyə atdı?
Yeniyetmə qız Xəzərdə boğuldu
Qubada dəhşətli ailə faciəsi: Ana qızını xilas etmək istədi, amma öz həyatını itirdi