İQTİSADİYYAT

Orxan Məmmədov gənc sahibkarları aktiv olmağa səslədi

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib ki, gənclər Agentliyin xidmətlərdən istifadə etməklə sahibkarlıq fəaliyyətlərini genişləndirə və öz biznes ideyalarını reallaşdıra bilərlər
Sputnik
“Qlobal pandemiya bütün dünyada olduğu kimi Azərbaycanda da biznes sahəsinə təsir göstərib. Sputnik Azərbaycan xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
O bildirib ki, dövlətimiz pandemiyadan zərər çəkmiş biznes subyektləri üçün bir sıra dəstək tədbirləri həyata keçirib və post pandemiya dövrü üçün də xüsusi tədbirlər planı hazırlanıb: “KOBİA mikro, kiçik və orta biznes subyektlərinə dəstək və xidmətlər göstərir. Gənc sahibkarları və öz biznesini qurmaq istəyən gəncləri bu imkanlardan aktiv istifadəyə dəvət edirik. Gənclər Agentliyin qrant, daxili bazar araşdırması aparılması, “Startap” şəhadətnaməsinin verilməsi, satış bazarlarına çıxış, biznes konsultasiya, təlim və s. kimi dəstək və xidmətlərdən istifadə etməklə sahibkarlıq fəaliyyətlərini genişləndirə və öz biznes ideyalarını reallaşdıra bilərlər”.
Orxan Məmmədovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz