ABŞ ənənəvi aviasiya yanacağından istifadəni dayandırmaq niyyətindədir. ABŞ Prezidenti Cozef Baydenin administrasiyası bunun reallaşdırılması üçün 2050-ci ilə qədər vaxt təyin etmək imkanını nəzərdən keçirir.
Bəs alternativ və ənənəvi enerji mübarizəsi nədən qaynaqlanır?
Mövzu ilə bağlı Sputnik Azərbaycan-ın sualını Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov cavablandırıb.
Professor bildirib ki, hazırkı şəraitdə alternativ enerji resurslarından istifadə ilə bağlı trend mövcuddur: “Bu, bir tərəfdən də texnoloji proseslərlə bağlıdır. Amma digər tərəfdən bu məsələlər ətrafında bir çox spekulyasiyaların olmasını da qeyd etmək lazımdır. Uzun illər ərzində dünya iqtisadiyyatında artıq pul kütləsinin mövcudluğu alternativ enerji mənbələrinə investisiyaların artmasını şərtləndirirdi. Bu gün dünya iqtisadiyyatında böhrandır və həmin investisiyaların mənbələri tükənir. Belə olan halda qərb ölkələri müxtəlif yollarla həmin xərcləri ənənəvi enerji resursları ilə zəngin ölkələrin üzərinə qoymağa çalışır”.
Elşad Məmmədovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz