SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Norveç Kabildəki səfirliyinin əməkdaşlarını təxliyə edir

Təkcə bu ölkənin vətəndaşları deyil, həmçinin diplomatik missiyada çalışan əfqanlar və onların ölkəni tərk etmək istəyən ailə üzvləri də təxliyə olunacaqlar.
Sputnik
BAKI, 13 avqust — Sputnik. Norveç hökuməti Kabildəki səfirliyin müvəqqəti oloaraq bağlanması barədə qərar qəbul edib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bunu krallığın XİN rəhbəri İne Eriksen Syöreyde deyib.
"Norveç Əfqanıstandakı səfirliyin bütün əməkdaşlarını geri çağırır və bu ölkədəki diplomatik missiyanı müvəqqəti olaraq bağlayır", deyə nazir mətbuat konfransında bildirib.
Onun sözlərinə görə hökumət üçün əsas prioritet səfirlik əməkdaşlarının təhlükəsizliyidir.
"Kabildəki səfirlik müvəqqəti olaraq bağlanır. Vəziyyət imkan verən kimi missiya yenidən açılacaq", - deyə XİN rəhbəri vurğulayıb.
Nazir onu da deyib ki, Norveçə təkcə bu ölkənin vətəndaşları deyil, həmçinin diplomatik missiyada çalışan əfqanlar və onların ölkəni tərk etmək istəyən ailə üzvləri də təxliyə olunacaqlar.
Həmçinin oxuyun:
ABŞ və Böyük Britaniya yenə Əfqanıstana hərbçi göndərəsi oldu