CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məktəbəhazırlıq qrupları üçün məktəb seçimi başlayıb

Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu ilə bağlı elektron qeydiyyat prosesi sentyabrın 14-ü saat 18:00-da başa çatacaq.
Sputnik
BAKI, 12 avqust — Sputnik. Məktəbəhazırlıq qruplarında təhsil alacaq uşaqlar üçün məktəb seçimi başlayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, elektron qeydiyyatdan keçən valideynlərə (digər qanuni nümayəndələr) yalnız bir məktəb seçərək sorğu yerləşdirmək imkanı yaradılır.
Xatırladaq ki, dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu ilə bağlı elektron qeydiyyat prosesi sentyabrın 14-ü saat 18:00-da başa çatacaq.
2021-2022-ci tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.
Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu ilə bağlı elektron qeydiyyat prosesi sentyabrın 14-ü saat 18:00-da başa çatacaq.
Həmçinin oxuyun:
Məktəbəhazırlıq qruplarında məşğələlər başa çatıb
Vaksin olunmayan valideynlərin uşaqları məktəbə buraxılmayacaq? Nazirlik aydınlıq gətirdi