BAKI, 12 avqust — Sputnik. Bu gün havada toz dumanı müşahidə olunur. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında deyilir.
Məlumatda deyilir ki, bu gün səhər saatlarından başlayaraq Bakı və Abşeron yarımadasında cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəmizə daxil olan toz-dumanı müşahidə olunur.
Peyk görüntülərindən əldə olunan məlumata əsasən, havada müşahidə olunan toz dumanı transsərhəd xarakter daşıyır.
Hazırda havada tozun miqdarı normadan 3.9 dəfə çoxdur. Belə tozlu havanın gün ərzində davam edəcəyi gözlənilir.
Həmçinin oxuyun: