CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Polis idarəsinin rəisi toya görə vəzifədən azad edildi

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Mübariz Quliyev vəzifəsindən azad edilərək sərəncama götürülüb.
Sputnik
BAKI, 11 avqust — Sputnik. Cəlilabad rayon Polis İdarəsinin rəisi, polis polkovniki Mübariz Quliyev rayonda karantin qaydalarının pozulmasına görə vəzifədən azad edilib.
Sputnik Azərbaycan Qafqazinfo-ya istinadən xəbər verir ki, bir neçə gün öncə rayonda yerləşən şadlıq saraylarının birində keçirilən toy mərasimində karantin rejimi qaydalarının pozulması aşkarlanıb.
DİN rəhbərliyinin tapşırığı ilə aparılan araşdırma zamanı həmin şadlıq sarayının sahibi ilə polis rəisinin yaxın münasibətlərinin olduğu müəyyən edilib. Məhz buna görə də M.Quliyevin karantin rejiminin pozulmasına göz yumduğu bildirilir.
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Mübariz Quliyev vəzifəsindən azad edilərək sərəncama götürülüb.
Qeyd edək ki, Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşı, polis leytenantı Murad Abdullayev  “Polis haqqında” Qanunun və “DİN əməkdaşlarının etik davranış kodeksi”nin müvafiq maddələrinin tələblərini pozaraq dəbdəbəli eyş-işrət məclisi təşkil etdiyi, polis adına yaraşmayan hərəkətlərə yol verdiyi üçün işdən çıxarılıb.
Eləcə də oxuyun:
Şadlıq sarayının inzibatçısı həbs edilib - saxlanılanlar var
Toya gedən yüzlərlə adam qapı arxasında qaldı
Hər toy haqda qəzetlərdə yazmırlar, onlar isə bunu bacardılar