RUSİYA

Rusiya və ABŞ-ın müdafiə nazirləri telefonda nədən danışıblar?

Pentaqon bildirib ki, nazirlər arasında telefon danışığının məqsədi strateji sabitliklə bağlı dialoqun bərpasından sonra şəffaflığın təmin edilməsi və risklərin azaldılması səylərini dəstəkləməkdir.
Sputnik
BAKI, 11 avqust - Sputnik. Rusiya müdafiə naziri Sergey Şoyqu ilə müdafiə naziri Lloyd Ostin arasında telefon danışığı baş tutub. 
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu ilə ABŞ müdafiə naziri Lloyd Ostin arasında telefon danışığı olub. Tərəflər strateji sabitlik üzrə ikitərəfli məsləhətləşmələrin nəticələri, eləcə də qlobal və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər", -deyə Rusiya Müdafiə Nazirliyin məlumatında bildirilir. 
Pentaqon isə bildirib ki, nazirlər arasında telefon danışığının məqsədi strateji sabitliklə bağlı dialoqun bərpasından sonra şəffaflığın təmin edilməsi və risklərin azaldılması səylərini dəstəkləməkdir.
Həmçinin oxuyun: 
Şoyqu: ABŞ və NATO qoşunlarını Rusiya sərhəddinə yerləşdirir