CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Koronavirus dövründə toy dəvətnamələrini necə tərtib etməli? Yeni tələblər

Şənlik mərasimlərinin keçirilməsi "İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair Metodiki Göstərişlər"lə tənzimlənir.
Sputnik
BAKI, 11 avqust — Sputnik. Azərbaycanda 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərinin keçirilməsi "İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair Metodiki Göstərişlər"lə tənzimlənir.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu, səhiyyə nazirinin müavini, Respublikanın baş dövlət sanitariya həkiminin təsdiq etdiyi "Şənlik mərasimlərində koronavirus infeksiyasının (COVİD-19) idarə olunmasına dair metodiki göstərişlər"də əksini tapıb.
Sənədə əsasən, 50 nəfərdən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimləri aşağıdakı şərtlər çərçivəsində keçirilməlidir:
- yaşı 18-dən yuxarı olan şəxslərin iştirakına yalnız COVID-19-a qarşı "peyvənd sertifikatı"na və ya COVID-19-a qarşı "immunitet sertifikatı"na (bundan sonra - COVID19 pasportu) sahib olduqları halda icazə verilməsi;
- 2021-ci il iyulun 1-dən etibarən şənlik mərasimlərinin keçirildiyi məkanlarda işçilərin azı 80 faizinin COVİD-19-a qarşı birinci doza peyvənd olunması və ya COVID19-a qarşı immunitet sertifikatına malik olması, 2021-ci il 1 avqust tarixindən etibarən isə COVİD-19 pasportunun olması;
- dəvətnamələr üzərində COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanın vacibliyi barədə xatırlatmanın qeyd edilməsi və ya qonaqlara müəyyən olunmuş tələblərə dair yaddaş vərəqələrinin göndərilməsi;
- şənlik mərasimləri keçirilən məkanın və ya müəssisənin sahibi tərəfindən həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan əməkdaşlar (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə məlumatın "icaze.egov.az" daxil edilməsi;
- şənlik mərasimləri keçiriləcək tədbirin tarixinə ən azı 5 gün qalmış tədbirin keçirilmə tarixi, başlama və bitmə vaxtı, qonaq sayı barədə məlumat "icaze.e-gov.az" portalında qeyd edilməsi;
- şənliklərin təşkili və keçirilməsində karantin rejiminin qaydalarının tətbiq edilməsi ilə bağlı şənlik və məkan sahibi arasında müştərək məsuliyyət barədə iltizamnamə imzalanması və həmin iltizamnamənin nüsxəsinin məkan sahibi tərəfindən "icaze.e-gov.az" portalına daxil edilməsi;
- şənliyə dəvət olunan şəxslərin COVID-19 pasportunu e-Təbib mobil tətbiqi vasitəsilə yüklənmiş elektron və ya çap edilmiş nüsxəsini təqdim etməsi;
- monitorinq zamanı səmərəliliyi təmin etmək məqsədi ilə COVID-19 pasportuna malik olan əməkdaşların həmin pasportun nüsxəsinin üzərilərində gəzdirməsi (e-Təbib mobil tətbiqində və ya çap edilmiş nüsxə, döş nişanı/bədc və digər formalarda);
- tələblərin icrasını nəzarətdə saxlamaq məqsədi ilə gündəlik monitorinqlərin keçirilməsi.