Bu ilin yanvar-iyul aylarında Azərbaycanda istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-iyul aylarına nisbətən 104,5%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105,1%, qeyri-ərzaq məhsulları üzrə 104,1%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103,9% təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov Sputnik Azərbaycan-a deyir ki, inflyasiyanın bu həddə olması iqtisadi proseslərlə bağlıdır: “Eyni zamanda ölkədə aparılan islahatlar fonunda belə bir səviyyənin olması gözləniləndir. Bəzi iqtisadçılar inflyasiyanın başqa cür olduğunu iddia edirlər. Əslində isə bu gözlənilən prosesdir. Yəni əgər hər hansı sahədə inflyasiya baş verirsə, əksinə digər sahələrdə qiymətlərin azalması meyli də nəzərə alınır. İstehsal nə qədər geniş olarsa, xidmətlərin və məhsulların qiymətinin ucuzlaşması gözləniləndir”.
Elnur Sadıqovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz