BAKI, 11 avqust — Sputnik. Bu il Azərbaycanda qeydə alınan doğumların sayı açıqlanıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin təşkil etdiyi onlayn brifinqdə Nazirliyin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin rəisi Reyhanə Kərimova deyib.
O bildirib ki, bu ilin I yarımilində Azərbaycanda 56 301 doğum qeydə alınıb. R.Kərimova bu ilin birinci yarımilində Azərbaycanda 23 233 nikah qeydə alındığını vurğulayıb.
Qeyd edək ki, 2020-ci il ərzində ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 35348 nikah və 14628 boşanma halları qeydə alınıb. Bununla da əhalinin hər 1000 nəfərinə nikahların sayı 2019-cu ilə nisbətən 45,3 faiz azalaraq 3,5, boşanma səviyyəsi isə 1,5 təşkil edib.