SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bəhram Əşrəfxanov: “İqtisadi əməkdaşlığın müsbət göstəricilərini qoruyub saxlaya bilirik”

Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bəhram Əşrəfxanov deyib ki, son beş ildə ikitərəfli əlaqələrin inkişaf dinamikası sürətlənib
Sputnik
Özbəkistan xarici siyasətinin mühüm istiqamətlərindən biri də Azərbaycanla tərəfdaşlıq əlaqələrinin gücləndirilməsidir. Bunu Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bəhram Əşrəfxanov Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində deyib.
“Qardaş ölkələrimiz arasında diplomatik əlaqələr 1995-ci ildən etibarən qurulub və keçən il münasibətlərimizin 25-ci ildönümünü qeyd etmişik. Bizim ortaq çoxəsrlik tariximiz var. Dövlətlərimiz arasında 130-dan çox ikitərəfli müqavilələr və sazişlər imzalanıb. Son beş ildə ikitərəfli əlaqələrin inkişaf dinamikası sürətlənib. Pandemiya səbəbindən böhran dövrünü yaşamağımıza baxmayaraq, iqtisadi əməkdaşlığın müsbət göstəricilərini qoruyub saxlaya bilirik. İkitərəfli ticarətin həcmi 2019-cu illə müqayisədə 12% artıb” – deyə Bəhram Əşrəfxanov bildirib.
Bəhram Əşrəfxanovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz