BAKI, 10 avqust — Sputnik. Qısa video-çarxlar xidməti tətbiqi olan "TikTok" 2020-ci ildə ən çox yüklənən tətbiq olub. "TikTok" ilk dəfə olaraq yüklənmə göstəricisinə görə "Facebook"u qabaqlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, "Nikkei"in araşdırmasında deyilir.
Qeyd olunur ki, "Telegram" tətbiqi reytinqdə səkkizinci yerdən yeddinci pilləyə yüksəlib. "TikTok"un müvəffəqiyyəti əsasən koronavirus pandemiyası, "Telegram"ın uğuru isə "Facebook"la məlumatları paylaşmağa başlayan "WhatsApp"ın siyasəti ilə əlaqələndirilir. "TikTok"un çinli rəqibi "Likee" reytinqdə səkkizinci sırada yer alıb.
2020-ci ildə ən çox yüklənən tətbiqlər – TOP-10:
1. TikTok
2. Facebook
3. WhatsApp
4. Instagram
5. Facebook Messenger
6. Snapchat
7. Telegram
8. Likee
9. Pinterest
10. Twitter