VİDEO

Retro avtomobillərin ən nadir nüsxələri Litva festivalında

Yüzlərlə retro avtomobil, sovet, Avropa və Amerika istehsalı olan vintaj modellər “Dəbdən düşməyən klassika 2021” illik beynəxalq festivalda nümayiş olunub. Təfərrüatlar – video materialda.
Sputnik
“Dəbdən düşməyən klassika” festivalının tələblərinə uyğun olaraq bütün nəqliyyat vasitələri orijinal, istismara yararlı olmalı və ən gec 1977-ci ildə istehsal edilməlidir. Festivalda nümayiş olunan ən nadir nüsxələr müharibəyə qədərki dövrə aid avtomobillər olub.
Eləcə də, “Dəbdən düşməyən klassika” festivalı çərçivəsində tarixi texnikanın paradı da təşkil olunub: retro avtomobillərdən ibarət karvan Litvanın Birjay şəhərinə kimi 14 kilometr məsafə qət edib.
Avtoyürüşün başladığı nöqtədə – qədim texnika muzeyində – sərgi iştirakçılarına vintaj kənd təsərrüfatı texnikası nümayiş olunub və onların istifadəsi, saxlanılması, təmiri ilə bağlı xüsusi ekskursiya təşkil edilib.