CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Özəl orta məktəblər təhsildə keyfiyyət dəyişikliyi yarada bilərmi? – ekspert açıqlayır

Təhsil eksperti Kamran Əsədov deyib ki, dövlət öz yükünü azaltmaq üçün, müəllim kadr heyətinin işlə təminatı baxımından özəl məktəblərin, kolleclərin, lisüylərin və gimnaziyaların yaranmasında maraqlı olmalıdır
Sputnik
“Çalışmalıyıq özəl orta məkətblərin sayı artırılsın”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Ekspert bildirib ki, əgər dövlət belə təhsil müəsisələrinə vergidə və digər kommunal xərclərdə güzəşt etsə, bu hər kəs üçün əlçatan olar: “bu gün orta məjtəblərdə təhsil alan uşaqların böyük əksəriyyəti repetitor yanına gedir və məktəblərdə keyfiyyətli təhsil ala bilmirlər. Dövlət öz yükünü azaltmaq üçün, müəllim kadr heyətinin işlə təminatı baxımından özəl məktəblərin, kolleclərin, lisüylərin və gimnaziyaların yaranmasında maraqlı olmalıdır. Təhsilin əlçatanlığı və keyfiyyətin artırılması üçün özəl orta məktəblərin yaradılmasına şərait yaradılmalıdır”.
Kamran Əsədovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz