BAKI, 10 avqust — Sputnik. Bu ilin birinci yarısında Azərbaycanın müdafiə və milli təhlükəsizlik üzrə xərcləri 2 milyard 533,4 milyon manat təşkil edib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Maliyyə Nazirliyinin 2021-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikası dövlət büdcəsinin, o cümlədən büdcə xərclərinin funksional təsnifatının pilot bölmələri üzrə proqramların icrasına dair hesabatında əksini tapıb.
Hesabata əsasən, cari ilin I yarımillyində funksional təsnifata görə dövlət büdcəsi xərclərinin strukturunda müdafiə və milli təhlükəsizlik üzrə xərclər 21,9 faiz təşkil edib. 2021-ci ilin yanvar-iyun aylarında funksional təsnifata görə dövlət büdcəsinin xərclərində ötən ilin müvafiq dövrü ilə müqayisədə artım faizinə görə ən çox artım 73,9 faiz və ya 1076,3 milyon manat müdafiə və milli təhlükəsizlik xərcləri olub.
Sosial müdafiə və sosial təminat xərcləri 16 milyon manat azalıb
Hesabata görə, bu ilin birinci yarısında Azərbaycanın sosial müdafiə və sosial təminat xərcləri 1 milyard 664,5 milyon təşkil edib.
2021-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinin sosial müdafiə və sosial təminat xərcləri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz və ya 16,0 milyon manat azalaraq 1664,5 milyon manat icra edilib.
Sosial müdafiə və sosial təminat xərcləri 1716,1 milyon manat proqnoza qarşı 97,0 faiz və ya 51,6 milyon manat çox icra edilərək illik proqnozun 45,1 faizini təşkil edib.
Həmçinin oxuyun:
Baş nazir səhər yeməklərinin pulunu büdcəyə qaytardı
Prezident İlham Əliyev Səhiyyə Nazirliyinə 600 min manat ayırıb
Təhsil kreditindən kim yararlana bilməyəcək? - Ekspert baş nazirin qərarını şərh etdi