Evbeya adası tarixində ən pis təbii fəlakətlərdən birini yaşayır.
Meşə yanğınları yüzlərlə hektar ərazini məhv edib. Onlarla yaşayış məntəqəsi yanıb, iki mindən çox insan təxliyə edilib. Yanğın adanı ikiyə bölüb.
İki mindən çox yerli sakin və turist təxliyə edilib. Ada tüstü ilə örtülüb. Yerlilər Evbeyanın bir daha heç vaxt əvvəlki kimi olmayacağına inanırlar.
Yanğının sürətlə yayılması 40 dərəcə istidən qaynaqlanıb.
200-dən çox alman yanğınsöndürmə mütəxəssisi Yunanıstana gedib. Rusiya da həmin ölkədə yanğınlarla mübarizə aparan qrupun sayını artırıb.
Yunanıstanın digər bölgələrində yanğınlar davam etsə də, hökumət Evbeyadaki vəziyyəti ən çətin adlandırır.