Bu ilin I yarısında Azərbaycanda bank kartları ilə 15,9 milyard manatlıq ödəniş aparılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 22,3% çoxdur.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov Sputnik Azərbaycan-a deyir ki, nağdsız ödənişlərin artmasının bir neçə səbəbi var: “Bunlardan biri kimi onlayn xidmətlərin sayının artmasını deyə bilərik. Eyni zamanda əhali tədricən nağd ödənişlərdən imtina edir. Pandemiya dövründə nağdsız ödənişlərin elə bir formaları ortaya çıxdı ki, bu olmasaydı biz həmin ödənişlərin nağdsız olacağını görməyəcəkdik. Yaxın perspektivdə nağd hesablaşmaların təkmilləşdirilməsi gözlənilir”.
Elnur Sadıqovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz