SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Politoloq: “Ermənistana qarşı daha sərt və kəskin addımlar atılmalıdır”

Politoloq İlyas Hüseynov bildirib ki, BMT indiki situasiyada çağırışları Ermənistana etsə, daha doğru olar
Sputnik
BMT iki ölkənin sərhədində davam edən toqquşmaları nəzərə alaraq, Azərbaycan və Ermənistanı təmkinliliyə çağırır. Bu barədə BMT-nin baş katibinin rəsmi nümayəndəsinin müavini Farhan Hak keçirdiyi brifinqdə bildirib.
BMT-nin çağırışını Sputnik Azərbaycan-a şərh edən politoloq İlyas Hüseynov bildirib ki, belə çağırışlar sülhü, sabitliyi və təhlükəsizliyi qorumaq xarakteri daşıyır: “BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi münaqişənin davam etdiyi müddətdə icra edilmədi. Həmin qətnamələrin icra mexanizminin olmaması kimi müxtəlif bəhanələr gətirilirdi. BMT indiki situasiyada çağırışları Ermənistana etsə, daha doğru olar. Çünki bu ölkə sərhəd zolağında davamlı təxribatlar törədir, diversiya qrupları ilə sərhəddi pozmağa cəhdlər edir. Bütün bunların qarşısının alınması üçün Ermənistana qarşı daha sərt və kəskin addımlar atılmalıdır”.
İlyas Hüseynovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz