CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Həbib Hüseyn oğlu İbrahimovun Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Sputnik
BAKI, 9 avqust — Sputnik. Daha bir icra başçısı vəzifəsindən azad edilib. Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı dövlət başçısı müvafiq Sərəncam imzalayıb.
Belə ki, bu gün Prezident İlham Əliyev Həbib Hüseyn oğlu İbrahimovun Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Qeyd edək ki, bir müddət bundan öncə Lerikin icra başçısı Rövşən Elmidar oğlu Bağırov tutduğu vəzifədən azad edilib. O, ölkə başçısının sərəncamına müvafiq olaraq Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.