VİDEO

Azərbaycanın karate üzrə milli komandasının üzvləri Bakıya qayıtdılar

Yaponiyada keçirilən Olimpiadada iki gümüş medal qazanan Azərbaycan karate milli komandasının üzvləri bu gün Tokiodan qayıdıblar. Ətraflı videomuzda.
Sputnik
Çoxlu azarkeşlər və media nümayəndələri idmançılarımızı Heydər Əliyev Beynəlxalq Hava Limanında qarşıladılar. Görüş inanılmaz dərəcədə isti və emosional keçdi.
Ulduz idmançı Rafael Ağayevi çıxışda hərarət və riqqətlə qarşıladılar. Onunla şəkil çəkdirdilər və avtoqraflar aldılar.